AL-SKEINI AND OTHERS v. THE UNITED KINGDOM

Judgment Date07 July 2011
ECLIECLI:CE:ECHR:2011:0707JUD005572107
Respondent StateUnited Kingdom
Application Number55721/07
Date07 July 2011
CourtGrand Chamber (European Court of Human Rights)
CounselPUBLIC INTEREST LAWYERS
Applied Rules1;2;2-1;34;41
Official Gazette Publication[object Object]

© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (www.coe.int/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.

© Council of Europe/European Court of Human Rights, 2012 .

This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.

© Conseil de lEurope/Cour européenne des droits de lhomme, 2012.

La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de lhomme du Conseil de lEurope (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire lindication de copyright/droits dauteur à la fin du présent document.

Əl-Skeini və başqaları Birləşmiş Krallığa qarşı [Böyük Palata] (Al-Skeini and Others v. the United Kingdom [GC]), ərizə № 55721/07

07.07.2011-ci il tarixli qərar [Böyük Palata]

Maddə 1

Dövlətlərin yurisdiksiyası

İraqdakı Britaniya silahlı qüvvələrinin üzvləri tərəfindən İraq vətəndaşlarının iddia edilən qətli ilə bağlı ərazi yurisdiksiyası

Maddə 2

2-ci maddənin 1-ci bəndi

Səmərəli araşdırma

İraqın cənubunun Britaniya silahlı qüvvələri tərəfindən işğalı zamanı İraq vətəndaşlarının ölümü ilə bağlı tam müstəqil və səmərəli araşdırma aparılmaması: pozuntu baş verib

Faktlar – 20 mart 2003-cü ildə Amerika Birləşmiş Ştatlarının, Birləşmiş Krallığın və onların koalisiya ortaqlarının silahlı qüvvələri İraqda hakimiyyətdə olan BƏƏS rejimini devirmək üçün İraqa daxil oldular. 1 may 2003-cü ildə əsas döyüş əməliyyatları yekunlaşmış elan olundu və Birləşmiş Ştatlarla Birləşmiş Krallıq işğalçı dövlətə çevrildilər. Onlar "hökumətin səlahiyyətlərinin müvəqqəti icrası üçün" Müvəqqəti Koalisiya Şurası yaratdılar. Bu səlahiyyətlərə İraqda təhlükəsizliyin təmin edilməsi daxil idi. İşğalçı dövlətlər tərəfindən təhlükəsizliyin təmini rolu 22 may 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 1483 saylı qətnamə ilə tanındı. 28 iyun 2004-cü ildə İraqın idarəçiliyi bütünlüklə Müvəqqəti İraq Hökumətinə təhvil verildikdən sonra işğal başa çatdı və Müvəqqəti Koalisiya Şurasının mövcudluğuna son qoyuldu. İşğal dövründə Birləşmiş Krallıq çoxmillətli qüvvələrdən ibarət hərbi diviziyaya (Cənub-Şərq diviziyasına) komandanlıq edirdi, onun nəzarət etdiyi əraziyə Əl-Bəsrə əyaləti daxil idi. 1 may 2003-cü dilən başlayaraq Əl-Bəsrə əyalətindəki Britaniya qüvvələri təhlükəsizliyin mühafizəsinə və mülki hakimiyyətin dəstəklənməsinə görə cavabdeh idilər. Ərizəçilər 2003-cü ildə bu işğal dövründə Bəsrədə qətlə yetirilmiş altı İraq vətəndaşının yaxın qohumları idilər.

Britaniya hərbçilərinin hücuma və ya birbaşa təhlükəyə məruz qaldıqlarını güman edərək atəş açdıqları zaman birinci, ikinci və dördüncü ərizəçinin qohumları ölümcül güllə yaraları almışdılar. Üçüncü ərizəçinin həyat yoldaşı, iddia edildiyinə görə, Britaniya patrulu ilə naməlum silahlı şəxslər arasında atışma zamanı çarpaz atəş yağışı altına düşərək qətlə yetirilmişdi. Bu dörd ərizəçinin hər birinin işində səlahiyyətli şəxslər (birinci üç halda hərbçilərin komandirləri, dördüncü ərizəçinin işində isə Krallığın Hərbi Polisinin Xüsusi İstintaq Şöbəsi – SIB) tərəfindən qərara alındı ki, insident Britaniya qüvvələrinin öhdəlikləri haqqında qaydaların[1] tətbiq dairəsinə düşür və əlavə araşdırma aparmağa ehtiyac yoxdur.

Beşinci ərizəçinin oğlu onun soyğunçuluq etməsindən şübhələnən Britaniya hərbçiləri tərəfindən döyülmüş və çaya girməyə məcbur edilmiş, orada boğulmuşdu. Baxmayaraq ki, SIB istintaqa başlamış və dörd hərbçi ehtiyatsızlıqdan adamöldürməyə görə hərbi məhkəməyə verilmişdi,...

To continue reading

Request your trial

VLEX uses login cookies to provide you with a better browsing experience. If you click on 'Accept' or continue browsing this site we consider that you accept our cookie policy. ACCEPT