BURDOV v. RUSSIA (No. 2)

Judgment Date15 January 2009
ECLIECLI:CE:ECHR:2009:0115JUD003350904
Respondent StateRusia
Date15 January 2009
Application Number33509/04
CourtFirst Section (European Court of Human Rights)
CounselN/A
Applied Rules6;6-1;13;35;41;46;P1-1;P1-1-1
Official Gazette Publication[object Object]

© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.

© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.

© Conseil de lEurope/Cour européenne des droits de lhomme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de lhomme du Conseil de lEurope (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire lindication de copyright/droits dauteur à la fin du présent document.


BİRİNCİ BÖLMƏ

BURDOV RUSİYAYA QARŞI (Nº 2)

(Şikayət Nº 33509/04)

QƏRAR

STRASBURQ

15 Yanvar 2009

QƏTİ

04/05/2009

Bu qərar yenidən redaktə oluna bilər.

Burdov Rusiyaya qarşı məhkəmə işində (Nº 2)

Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci bölmə) aşağıdakı hakimlərdən ibarət tərkibdə iştirak edib:

Kristos Rozakis, Sədr,
Anatoly Kovler,
Elisabet Steiner,
Dean Spielmann,
Sverre Erik Cebens,
Giorgio Malinverni,
George Nikolaou, hakimlər,
və Andre Vampaç, Birinci Bölmə Katibi,

16 dekabr 2008-ci il tarixdə qapalı müşavirə keçirərək,

Həmin tarixdə qəbul olunmuş aşağıdakı qərarı elan edir:

PROSEDUR

1. İş İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa İnsan Hüquqları Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Rusiya vətəndaşı Cənab Anatoliy Tikhonovich Burdov (“ərizəçi”) tərəfindən 15 iyul 2004-cü il tarixdə Məhkəməyə təqdim edilmiş Rusiya Federasiyasına qarşı şikayət (Nº 33509/04) əsasında başlanıb.

2. Rusiya Hökuməti (“Hökumət”) Rusiya Federasiyasının Məhkəmədəki keçmiş nümayəndəsi Xanım V. Milinçuk və Rusiya Federasiyasının Məhkəmədəki nümayəndəsi Cənab G. Matyuşkin tərəfindən təmsil olunub.

3. Ərizəçi Konvensiyanın 6-cı maddəsi və 1 saylı Protokolun 1-ci maddəsi altında, yerli məhkəmələrdə onun xeyrinə çıxarılmış qərarların hakimiyyət orqanları tərəfindən icra edilməməsindən şikayət edib.

4. 22 noyabr 2007-ci ildə Birinci Bölmənin Sədri ərizəçinin şikayəti barədə Hökumətə məlumat verməyi qərara alıb. Həmçinin, ərizəyə eyni zamanda həm qəbuledilənlik, həm də mahiyyət üzrə baxılması qərara alınıb (29-cu maddənin 3-cü bəndi).

5. 3 iyul 2008-ci ildə Palata Məhkəmə Reqlamentinin 54-cü qaydasının 2-ci bəndinin “c” yarımbəndinə əsasən qərara gəldi ki, 42-ci qayda altında işi prioritet hesab edərək tərəfləri yuxarıdakı şikayət üzrə digər yazılı qeydlərini təqdim etməyə dəvət etsin. Palata daha sonra sözügedən iş üzrə pilot-qərar prosedurunun tətbiqi barədə tərəfləri məlumatlandırmaq qərarına gəldi (bax: Broniovski Polşaya qarşı [BP], 31443/96, 189-194-cü bəndlər və operativ tərəf, AİHM 2004-V, və Hutten-Czapska Polşaya qarşı [BP] Nº 35014/97, AİHM 2006-... 231-239-cu bəndlər və operativ tərəf). 11 avqust 2008-ci il tarixdə ərizəçi tərəf və 26 sentyabr 2008-ci ildə Hökumət digər qeydlərini təqdim etdilər.

FAKTLAR

I. İŞİN HALLARI

6. Ərizəçi Cənab Anatoliy Tixonoviç Burdov Rusiya vətəndaşıdır, 1952-ci ildə doğulub və Rusiya Federasiyasının Rostov vilayətinin Şaxtı şəhərində yaşayır.

7. 1 oktyabr 1986-cı il tarixdə ərizəçi hərbi hökumət qüvvələri tərəfindən Çernobl atom elektrik stansiyası ərazisində aparılan fövqəladə əməliyyatlarda iştirak etmək üçün çağırılır. Ərizəçi, 11 yanvar 1987-ci il tarixədək əməliyyatlarda iştirak edir və nəticədə kütləvi radioaktiv tullantıların təsirindən əziyyət çəkir. Bununla əlaqədar olaraq o, müxtəlif sosial müavinətlər almaq hüququna malik olur.

8. Səlahiyyətli dövlət orqanları bu müavinətləri tam şəkildə və vaxtında ödəmədiyi üçün 1997-ci ildən etibarən ərizəçi, mütəmadi olaraq həmin orqanlara qarşı yerli məhkəmələrə şikayət edib. Məhkəmələr ərizəçinin şikayətini təkrar-təkrar təmin edib, lakin bir sıra məhkəmə qərarları müəyyən dövr ərzində icra olunmayıb.

A. 7 may 2002-ci il tarixli Burdov Rusiyaya qarşı Məhkəmə qərarı və hadisələrin sonrakı inkişafı

1. Məhkəmənin qiymətləndirməsi

9. 20 mart 2000-ci il tarixdə ərizəçi ilk olaraq Məhkəməyə yerli məhkəmə qərarlarının icra olunmamasından şikayət etdi (59498/00 saylı ərizə). Məhkəmə 7 may 2002-ci il tarixli qərarında müəyyən etdi ki, Şaxtı Şəhər Məhkəməsinin 3 mart 1997-ci il, 21 may 1999-cu il və 9 mart 2000-ci il tarixli qərarları, ən az 5 mart 2001-ci il tarixdə Maliyyə Nazirliyinin ərizəçiyə olan borcun tam şəkildə ödənilməsi haqqında qərar qəbul etdiyi tarixədək, tam və ya qismən icra olunmamış saxlanıb. Müvafiq olaraq Məhkəmə müəyyən etdi ki, hakimiyyət illər ərzində bu qərarların icrası ilə bağlı zəruri tədbirlər görmədiyi üçün Konvensiyanın 6-cı maddəsi və 1 saylı Protokolun 1-ci maddəsi pozulub (Burdov Rusiyaya qarşı, Nº 59498/00, 37-38-ci bəndlər, AİHM 2002III).

2. Nazirlər Komitəsinin 7 may 2002-ci il tarixli Məhkəmə qərarı ilə bağlı qətnaməsi ResDH(2004)85

10. Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinin şərtlərinə...

To continue reading

Request your trial

VLEX uses login cookies to provide you with a better browsing experience. If you click on 'Accept' or continue browsing this site we consider that you accept our cookie policy. ACCEPT